Bakıda şirkətin yarım milyon manatını mənimsəyən qadına hökm oxunub. Bu haqda 13 sentyabr tarixində APA məlumat verib.
Bakı Ağır Cinayətlər Məhkəməsində “RİCH S.A" MMC-nin yarım milyon manatdan çox pulunu mənimsəmədə təqsirləndirilən Tamilla Əliyevanın cinayət işi üzrə məhkəməsi olub və qadın 10 il müddətinə azadlıqdan məhrum edilib.
Tamilla Əliyeva şirkətin yarım milyon manatını mənimsəyib. O, CM-in “Xüsusilə külli miqdarda mənimsəmə” maddəsi ilə ittiham olunub.