Bakıda son aylar ərzində 300-dən çox adamı it dişləyib. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Kliniki Tibbi Mərkəzə istinadən xəbər verir.
Tibb müəssisəsindən verilən məlumata əsasən, son 3 ay ərzində xəstəxanaya 321 nəfər müraciət edib. Onların arasında ölən olmayıb.
İt dişləməsi ağır xəstəlik sayılan quduzluğa gətirib çıxarır və öz-özünə heç vaxt sağalmır. Əgər insanı İt dişləyibsə, 24 saat ərzində peyvənd olunmalıdır.