Bakıda itkin düşən yeniyetmə qızlar tapılıb. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
13 yaşlı Ülviyyə Həsənzadə və 14 yaşlı Gülnaz Cavadova tapılaraq ailələrinə təhvil veriliblər.
Daha öncə, paytaxtın Nizami və Nərimanov rayonlarında həmin qızların itkin düşməsi barədə məlumat verilmişdir.