Bakıda yeni doğulmuş körpənin meyiti küçəyə atılıb. Bu haqda 1 aprel tarixində Oxu.az məlumat verib.
Nizami rayonu, “8-ci kilometr” bazarı ərazisində yaşayış binalarının arasından torbada təzə doğulmuş qız uşağının meyiti tapılıb. Körpənin kim tərəfindən küçəyə atıldığı hələlik məlum deyil. Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.
Faktla bağlı araşdırma aparılır.