Bakının Xətai rayonunda yerləşən 4 nömrəli Uşaq Vərəm Sanatoriyası sökülür. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən məlumat verir.
Əldə olunan məlumata görə, onun yerində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanası tikiləcək. İnşa işləri ilə bağlı Səhiyyə Nazirliyi tender elan edib.
Xəstəxananın tikintisi üçün tenderin layihə-smeta sənədləri avqustun 17-nə kimi göndərilə bilər.