Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin professoru vəfat edib. Bu haqda BakuPlus.az universitetin mətbuat xidmətinə istinadən bu gün, 14 oktyabr tarixində xəbər verir.
Fizikanın tədrisi texnologiyası kafedrasının professoru, əməkdar müəllim Şükür Həmid oğlu Əlizadə dünyasını dəyişib.
Professorun 82 yaşı var idi.