Bakının Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsində nəqliyyatın hərəkəti bərpa olunub. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az məlumat verir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, ictimai nəqliyyat ənənəvi sxemlə hərəkət edəcək.
Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsində təmir işləri 3 gün davam edib. Həmin vaxt burada nəqliyyatın hərəkəti tam dayandırılmışdı.