Bakıda dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsi vahid kompozisiya şəklində ucaldılacaq. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bakı şəhər İcra Hakimiyyəti Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin qoyulması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edəcək.