Bakı Metropolitenində Dizel yanacağı ilə işləyən stansiya inşa olunub. Bu haqda bu gün, 1 dekabr tarixində Trend qurumun mətbuat xidmətinin rəhbərinə istinadən məlumat yayıb.
“8 noyabr” stansiyası yaxınlığında alternativ enerji kimi dizel ilə işləyən generatorlar quraşdırılıb.
"Bənövşəyi" xətt üzrə elektrik enerjisi kəsilərkən avtomatik işə düşür və qatarların tuneldən platformalara, daha sonra isə stansiyalardan çıxarılmasına şərait yaradacaq", - deyə Bəxtiyar Məmmədov əlavə edib.
Ümumilikdə "Bənövşəyi" xətt üzrə 13 stansiyanı alternativ enerji ilə qidalandıracaq 2 dizel stansiyası təşkil olunmağı nəzərdə tutulub.