Paytaxtın Nərimanov rayonunda açılan yeni “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayır. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Report -a istinadən xəbər verir.
Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən müəssisə 1 iyun tarixindən vətəndaşlara xidmət etməyə başlayacaq.
Mərkəzdə 288 əməkdaş və 50 könüllü çalışacaq. Ümumilikdə fiziki və hüquqi şəxslərə 325 xidmət göstəriləcək.
7 saylı “ASAN xidmət”in 28 may tarixində açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan başçısı İlham Əliyev və Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.