Bakıda piyada səkisinin sağlamlıq imkanları məhdud şəxslər üçün nəzərdə tutulan hissəsi zəbt edilib. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 17 oktyabr tarixində xəbər verir.
Dərnəgüldə yaşayış binalarının yanında sağlamlıq imkanları məhdud şəxslər üçün düzəldilmiş yolun bağlanması sosial şəbəkələrdə yayılıb.
Fotodan göründüyü kimi, “Azəriqaz” İB tərəfindən həmin hissədən qaz xətti çəkilib. Mövcud vəziyyət sağlamlıq imkanları məhdud şəxslər üçün ciddi çətinlik yaradıb.
Fotolar sosial şəbəkədə müzakirələrə səbəb olub.
“Azəriqaz” İB-dən məsələnin qeydə alındığı, araşdırılaraq ən qısa zamanda tədbir görüləcəyi bildirilib.