Paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 133B ünvanında yerləşən çörək sexində qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 12 yanvar tarixində Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Ərazidə keçirilən plandankənar yoxlama zamanı obyektdə havalandırma sisteminin quraşdırılmadığı, divarların his və rütubətdən qaraldığı eləcə də, işçilərin xüsusi geyimlə təmin olunmadığı məlum olub.
Faktla bağlı müəssisə sahibi Teymur Cabirov cərimələnib. Araşdırmalar davam edir.
[caption id="attachment_29432" align="alignnone" width="896"]
Foto Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı[/caption]