Bakıda keçirilən italiya mətbəxi həftəsi davam edir. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
"İtaliya mətbəxi masada: dad və rifah" mövzusuna həsr olunmuş İtaliya Mətbəxi Həftəsinin açılış mərasimində İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri çıxış edib. O, mədəni və humanitar sahədə əməkdaşlığın xalqların bir-birinə daha da yaxınlaşmasına töhfəsini verdiyini qeyd edib.
Tədbir çərçivəsində italyan aşpaz tərəfindən ustad dərsi təşkil edilib.