Paytaxt ərazisində keçiriləcək növbəti ting paylama aksiyalarının vaxtı bəlli olub. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
“Bir ağac – min nəfəs” layihəsi çərçivəsində keçirilən aksiyada şərtlər aşağıdakı kimidir:
- Şüşə butulka, banka və ya işlənmiş batareya qəbul olunur;
- Şüşə butulka, bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq;
- 10 işlənmiş batareyaya görə 1 ting veriləcək;
- Ümumi tutumu 5 litr olan şüşə banka və butulkaya görə 1 ting veriləcək;
- Hər vətəndaşa maksimum 10 ting verilə bilər.
Daha çox tullantı gətirən vətəndaşlara əlavə olaraq milli parklara bilet, uşaqlara isə kitab hədiyyə ediləcək.
Tədbir 29 mart saat 15:00-da Günəşli qəsəbəsi, Babək prospekti, Qartal heykəlinin qarşısında baş tutacaq.