Bakının daha bir küçəsində velosiped zolağı çəkilir. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az İnsan yönümlü şəhərlər Facebook səhifəsinə istinadən məlumat verir.
Nəsimi rayonunun Afiyəddin Cəlilov küçəsində təmir işləri bitir, burada zolaqlanma işləri aparılmasına başlanılıb, o cümlədən velosiped zolaqları da nəzərdə tutulub.⠀
Bakının müxtəlif ünvanlarında velosiped zolqları çəkilib. Hazırda bu istiqamətdə işlər davam edir.