Bakıda yaşıllıq ərazilərin sahəsi artırılacaq. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Bakı Şəhərinin Baş Planına əsasən hazırda mövcud olan 920 hektar ərazinin 3169 hektara qədər çatdırılması nəzərdə tutulub. Bundan əlavə, 2040-cı ilə qədər Bakı bulvarının uzunluğu artırılaraq 25 km-dən çox olacaq.
Bütün bunları Milli Şəhərsalma Forumunda “Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı” sessiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.