Bakının Bakı-Şamaxı-Yevlax yolunun 18,5 kilometrliyində yeni ucaldılmış piyada keçidi istifadəyə verilib. Bu haqda bu gün, 13 oktyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Hündür piyada keçidi əlil piyadalar üçün iki liftlə təchiz olunub, iki giriş və çıxışı var və iki avtobus dayanacağında yerləşir. Keçid, həmçinin videomüşahidə sistemi ilə təchiz olunub.
Həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolunda yolun 20,2, 25 və 21,4 kilometrliyində 3 yeni yerüstü keçid tikilir. İlk ikisinin bu ilin sonunadək açılması planlaşdırılır, yolun 21,4 kilometrliyindəki keçidin tikintisi isə sənədləşmə mərhələsindədir.
[URIS id=74520]