Səbail rayonunda yerləşən məşhur restoranda dava olub. Bu haqda 7 aprel tarixində Oxu.az məlumat verib.
“Ada” restoranında şirkətin administratoru, Türkiyə vətəndaşı Hüseyn Ömər Ocaqtad ilə barmen Təbriz Mazanov arasında mübahisə baş verib. Daha sonra mübahisə davaya çevrilib və H.Ömər döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.