Bakı Konqres Mərkəzində sentyabr ayında keçirilməsi gözlənilən konsert proqramları taxirə salınıb. Bu haqda bu gün, 14 sentyabr taxində mərkəzin rəsmi Instagram hesabında məlumat verilib.
Müğənni Özcan Denizin sentyabrın 16-da konserti, Tolqa Çevikin isə sentyabrın 17-də “Tolgshow” adlı stendap proqramı təxirə salınıb.
Konsertlərin təxirə salınması Azərbaycan Ordusunun 50 şəhid verməsi ilə bağlıdır. Tədbirlərin yeni tarixləri bir müddət sonra elan olunacaq.