Vaxtilə yarışların keçirildiyi Bakı Cıdır Meydanı yarasız və tərk edilmiş vəziyyətdədir. Hazırda hippodromda yarış atlarının əvəzinə kənd atları gəzir. Bu haqda bu gün, 8 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Bakıda Cıdır Meydanından istifadə edən çaparlar deyirlər ki, bu ilin yanvarında Kənd Təsərrüfatı Nazirliyi burada təmir işlərinə başlasa da, 2 aydan sonra işlər yarımçıq qalıb. Bundan sonra hippodromda vəziyyət daha da pisləşib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, investisiya planı çərçivəsində Bakının Cıdır Meydanında təmir işlərinin aparılması nəzərdə tutulub.