Bakı-Alanya reysini həyata keçirən təyyarə digər aeroportda məcburi eniş edib. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az “Buta Airways”-ə istinadən xəbər verir.
Yanan meşələrdən gələn güclü tüstü səbəbindən görmə şəraiti zəifləyib və hava gəmisinin kapitanı təyyarəni Antalya hava limanında endirməyə qərar verib.