Bakı Beynəlxalq Avtovağzal kompleksindən regionlara son 2 gün ərzində 18.000-ə yaxın sərnişin daşınıb. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bayram günləri ilə əlaqədar 5 və 6 noyabr tarixlərində Bakıdan regionlara 289 reys təşkil olunub, ümumilikdə 17.948 sərnişin daşınıb.
İnsan axını, əsasən, Quba, Qusar, Masallı, Lənkəran, Lerik, Astara, Gəncə, Bakı-Qırmızı Körpü, Mingəçevir, İsmayıllı, Qəbələ, Şəki, Qax və Zaqatala istiqamətində olub.