“Azərbaycan Hava Yolları” QSC (AZAL) Özbəkistanın Səmərqənd şəhərinə uçuşlar həyata keçirməyi planlaşdırır. Bu haqda şirkətin Facebook səhifəsində məlumat yayılıb.
Bakıdan Səmərqəndə reyslər həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Həmçinin, “Azərbaycan Hava Yolları” Bakı-Daşkənd-Bakı marşrutu üzrə həyata keçirilən uçuşların tezliyini həftədə 5 dəfəyə qədər artıracaq. Hazırda iki paytaxt arasında müntəzəm reyslər bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetirilir və tezliklə cümə axşamı və bazar günləri də həyata keçiriləcək.
Aviaşirkətin rəsmi saytında yaxın vaxtlarda aviabilet satışının açılışı gözlənilir.