Bakı-Şuşa avtobus reyslərinə bütün biletlər satılıb. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az yolumuzqarabaga.az saytına istinadən xəbər verir.
Saytdan alınan məlumata əsasən, noyabr ayı üçün nəzərdə tutulan bütün marşrutlara biletlər satılıb.
Cari ay ərzində Bakıdan Şuşaya 32 reys planlaşdırılıb. Bu da ümumilikdə 1568 sərnişin yeri deməkdir.