Bakının mərkəzində, Bakı İdman Sarayı və “Dəniz Mall”un yaxınlığında olan piyada keçidinin yeri dəyişdirilib. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat verir.
Qurumdan bildirilir ki, bundan əvvəl Bakı İdman Sarayından və yaxınlıqda yerləşən ticarət mərkəzindən çıxan avtomobillər Neftçilər prospekti istiqamətinə dönən zaman qəfil piyada keçidi ilə qarşılaşırdı. Nəticədə piyadalar üçün təhlükəli vəziyyət yaranırdı.
Bu səbəbdən “zebra”nın yeri dəyişdirilib, orada avtomobillərin və piyadaların hərəkətini təmzimləyən işıqfor quraşdırılıb.