Bakı-Gəncə-Bakı sərnişin qatarlarına onlayn bilet satılmayacaq. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
14 noyabr saat 19:00-dan etibarən saat 00:00-a qədər Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı dayandırılacaq.
Buna səbəb qurumun informasiya sistemləri və resurslarının Hökumət buluduna köçürülməsidir. Həmin vaxtlarda biletləri yalnız kassalardan almaq və ya geri qaytarmaq mümkün olacaq.
Digər istiqamətlərdə onlayn bilet satışında heç bir məhdudiyyət olmayacaq.