Bakı limanı vasitəsilə Asiya ölkələrinə daşınan avtomobillərin statistikası açıqlanıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Bakı Limanına istinadən xəbər verir.
Ötən ilin ilk 3 ayı ərzində Avropadan Mərkəzi Asiyaya göndərilən avtomobillərin sayı 2416 ədəd idisə, cari ilin eyni dövründə bu rəqəm 8295-dir. Bu isə daşınan avtomobillərin sayında 3,4 dəfə artım deməkdir.
Daşınan nəqliyyat vasitələrinin əksəriyyəti lüks avtomobillərdir və onların sayının daha da artacağı gözlənilir.