Bu gün, 8 noyabr tarixində Bakı Metropoliteninin stansiyalarında Zəfər günü və Metropolitençilərin Peşə Bayramı Günü münasibəti ilə silsilə konsertlər keçirilir. Bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
Tədbirlər “8 noyabr” stansiyasında mədəniyyət nümayəndələrinin çıxışı ilə başlayıb. Hərbi orkestr milli və hərbi-vətənpərvərlik marşları ifa edib. Həmçinin, həmin stansiyada Bəhram Bağırzadənin imza günü keçirilib.
Konsert proqramı “İçərişəhər” və “28 May” stansiyalarında davam edib.
[URIS id=13364]