Sentyabrda Bakı Metropolitenində 10 yeni vaqon xəttə buraxılacaq. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Vaqonların istehsal olunduğu “Metrovaqonmaş” SC-də hər biri 5 vaqondan ibarət olan 2 qatar bütün yoxlamalardan keçib və cari ay ərzində Bakı Metropoliteninə təhvil veriləcək, bir sıra sınaq testləri və tənzimləmələrdən sonra xəttə buraxılacaq.
Digər 10 vaqonun, yəni 2 qatarın oktyabr ayı ərzində xəttə buraxılmağı nəzərdə tutulub. Bununla da qurumda yeni nəsil qatarların sayı 23-ə çatdırılacaq.