Bakı Metropoliteni vaxtından tez bağlanacaq. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
6 sentyabr tarixindən etibarən 1 oktyabr tarixinə qədər Bənövşəyi xəttin stansiyaları 23:30-da sərnişinlər üçün bağlanacaq. Bura “Avtovağzal”, “Memar Əcəmi-2” və “8 noyabr” stansiyaları daxildir.
Məhdudiyyət “Xocasən-Avtovağzal” xəttinə yoxlama məqsədli qatarların buraxılması üçün müvafiq işlərin görülməsi ilə əlaqədardır.