Bakı Metropoliteni cari ay ərzində daşıdığı sərnişinlərin sayını açıqlayıb. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qurumdan verilən məlumata əsasən, cari ayın ilk 9 gününü nəzərə alsaq orta hesabla hər gün 626.873 sərnişin metrodan istifadə edib. Bayram günləri, yəni 6-9 noyabr tarixlərində bu rəqəm 448.356 sərnişin olub.
Oktyabr ayında isə ümumilikdə 20 milyon 657 min 182 sərnişin metropolitenin xidmətlərindən yararlanıb. Bu, gündəlik 666.361 sərnişin deməkdir.