Bakıya gətirilən yeni nəsil qatarların xəttə buraxılacağı vaxt bəlli olub. Bu haqda bu gün, 5 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Rusiya Federasiyasından Bakıya gətirilən 10 ədəd vaqon 2023-cü ilin əvvəlində xəttə buraxılacaq. Bununla da vaqonların sayı 329-a yüksələcək.
Müqaviləyə əsasən, “Metrovaqonmaş” şirkəti 2022-ci ilin sonuna qədər paytaxta yeni 60 vaqondan ibarət daha 12 qatar təhvil verməlidir.
Daha öncə, Bakı metrosu üçün paytaxtda 2 qatarın gətirildiyi haqda məlumat verilmişdir.