Metroya 7 vaqonlu qatarlar buraxılıb. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Bakı Metropoliteninə istinadən xəbər verir.
Keçirilən müvafiq yoxlamalar və sınaqlardan sonra metronun bənövşəyi xəttində 7 vaqonlu qatarların istismarına başlanılıb.
Bənövşəyi xəttin stansiyaları 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub, digər stansiyalarda isə yalnız 5 vaqonlu qatarlardan istifadə etmək mümkündür.