“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi qatarlar arasında intervalla bağlı açıqlama verib. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 15 sentyabr tarixində xəbər verir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, sərnişin sıxlığı nəzərə alınaraq pik vaxtların müddəti müvafiq olaraq 07:00-10:00 arası, 17:00-20:00 arasına dəyişdirilib.
Bundan öncə, səhərlər pik saatlar 07:30-09:30 arası, axşam vaxtı isə 17:30-19:30 müəyyən edilmişdir.