Bakı Metropoliteninin sərnişinlərinin sayında artım müşahidə olunur. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Əldə olunan statistikaya əsasən, cari ilin ilk 8 ayında Bakı Metropolitenindən 128 milyon 365 min 500 sərnişin istifadə edib.
Müqayisə üçün ötən ilin eyni dövründə bu rəqəm 28 milyon 739 min 500 nəfər idi. Bu təqribən 4,5 dəfə artım deməkdir.