Bakı metropoliteninin xətlərinə yeni vaqonlar buraxılıb. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az qurumun mətbuat xidmətinə istinadən məlumat verir.
İstismara 3 yeni nəsil qatar, ümumilikdə 15 vaqon verilib. Beləliklə, yeni nəsil vaqonların sayı 115-ə, qatarların sayı isə 23-ə çatdırılıb.
Gün ərzində Qırmızı və Yaşıl xətlərdə 40-46 marşrut üzrə qatar hərəkət edir. Hər gün 2 xətt üzrə yeni nəsil qatarlar 40-50 faiz təşkil edir.
[caption id="attachment_126469" align="alignnone" width="640"]
Foto Bakı Metropoliteninin rəsmi saytı[/caption]