Metronun 3 stansiyasının vaxtı artırılır. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Bakı Metropoliteninə istinadən xəbər verir.
3 noyabr tarixində Tofiq Bəhramov adında Respublika stadionunda “Qarabağ” - ”Frayburq” oyununun keçirilməsi səbəbindən “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarının iş qrafiki saat 01:00-a qədər uzadılacaq.
Həmçinin, zərurət yaranarsa, xəttə əlavə qatarlar da buraxılacaq.