Paytaxtın “20 Yanvar” dairəsi ətrafında qanunsuz sərnişindaşımalara qarşı reyd keçirilib. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Polis əməkdaşları avtomobil yolunu zəbt edən və fərqlənmə nişanı olmadan sərnişin daşıyan taksi və aztutumlu nəqliyyat vasitələrini müəyyən edərək onları məsuliyyətə cəlb ediblər.
Son 2 gün ərzində keçirilən reydlər zamanı 396 nəqliyyat vasitəsi saxlanılıb, onlardan 43-ü cərimələnib. Digərləri ilə isə profilaktik söhbətlər aparılıb.