Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi ünvanında vətəndaş Arzuman Talışov tərəfindən qanunsuz zəbt olunmuş torpaq sahəsində tikilmiş obyektin sökülməsinə başlayıblar. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Qurum bir daha tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək tikinti işlərinin bütün mərhələlərində mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırıb, tikintidə qanun pozuntuları aşkar edilən obyektlərlə bağlı ciddi tədbirlərin görüləcəyini xatırladıb.