Bakının mərkəzinə avtobuslar gedə bilməyəcək. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Azadlıq prospektindən Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində aparılan təmir-bərpa işləri ilə əlaqədar 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A nömrəli avtobusların hərəkəti qismən məhdudlaşdırılacaq.
Daha öncə, 21 yanvar saat 10:00-dan etibarən adıçəkilən küçələrin bağlanacağı barədə məlumat verilmişdi.