Bakının Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsinin bir (Qış parkının yaxınlığında, “Winter Park Hotel Baku” ilə “AF Mall” arasında) hissəsində parklanma şəraiti dəyişdirilib. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Caliber.az-a istinadən məlumat verir.
Küçədə təzəlikcə “Dayanma durma qadağandır” nişanına əlavə edilən vaxt lövhəsi quraşdırılıb. Buna əsasən, saat 19:00-dan 08:00-dək burada axşam və gecə pulsuz parkinqə icazə verilir. Qaydalara uyğun olaraq, avtomobillər səkiyə paralel park edilməlidir.
Həmin ərazidə 40-50 avtomobil saxlamaq mümkündür.
[caption id="attachment_94380" align="alignnone" width="640"]
Foto Caliber.az saytı[/caption]