Bakının mərkəzində müxtəlif növ mövsümi ağaclar əkilir. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Paytaxtın Nizami, Atatürk və Sahil parklarında Lənkəran akasiyası və hind yasəməni əkilib. Bundan əlavə, əvvəllər əkilən ağacların qurumuş budaqları budanıb.
Görülən işlər təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlanmış şəhərin yaşıllıq planı üzrə aparılır.