Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Sumqayıt-Bakı elektrik qatarının standart qrafiki bərpa olunur. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Dəmir Yollarına istinadən xəbər verir.
15 sentyabr tarixindən etibarən dəyişiklik olunmuş reyslər ənənəvi cədvəllə fəaliyyət göstərəcəklər. Həmçinin Biləcəri stansiyasının həm meydan, həm də əks tərəfində qatarlara minmək mümkün olacaq.
Daha öncə təmir işləri ilə əlaqədar adıçəkilən qatarların bəzi reyslərində müvəqqəti dəyişikliklər edilmişdir.
[URIS id=69919]