Bakı və Bişkek şəhərləri qardaşlaşdılar. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Azərbaycan prezidentinin Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfəri çərçivəsində 2 ölkənin paytaxtları arasında qardaşlıq memorandumu imzalanıb.
Sənədi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Bişkek şəhərinin meri Emilbek Abdıkadırov imzalayıblar.