Bakı və Abşeron yarımadasında gözlənilən hava bəlli olub. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bakı və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağıntılı olacağı, gecəyə doğru isə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6, gündüz isə 6-9 dərəcə isti olacaq.