Zəfər Gününün ikinci ildönümü münasibətilə Bakıda keçiriləcək tədbirlərə hazırlıq işləri yekunlaşıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 5 noyabr tarixində xəbər verir.
Paytaxtın küçə və prospektləri, binaların eyvanları Azərbaycan bayraqları ilə bəzədilib.
Parklarda abadlıq işləri aparılıb, yeni gül kolları əkilib, yaşıl örtüklər yenilənib və küçələrdə Zəfər Günunə həsr olunan lövhələr quraşdırılıb.
Bakıda yürüşlərin keçirilməsi də planlaşdırılır.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd edilir.
[caption id="attachment_77852" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]