Yanvarın 13-də yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedən və bir daha geri qayıtmayan Neyjan İmaməddin qızı Hüseynova tapılıb.
Bu barədə Bakuplus.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, barəsində axtarış elan edilən yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
***
10:45
Bakıda yeniyetmə itkin düşüb.
Lent.az xəbər verir ki, Binəqədi rayonu 7-ci mkr, məhəllə 3126, “Çinar Park” yaşayış kompleksində yaşayan 14 yaşlı Hüseynova Neyjan İmaməddin qızı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası polisə müraciətində bildirib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.