Bakıda avtoxuliqanlıq edən daha bir sürücü saxlanılıb.
Hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
20 yaşlı Cəfər Mehdiyev (şərti adla) idarə etdiyi "Changan Qiyuan A06 Plug-in hibrid" avtomobilini qəfil yerindən sürətləndirərək hərəkətə gətirib. Nəticədə yerdə təkərin izi qalıb. Bundan əlavə, o, bir neçə dəfə təkrar kobud yol hərəkəti pozuntuları törədib.
Buna görə o, yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunub.
C. Mehdiyev ifadəsində əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyib.
Məhkəmənin qərarı ilə o, 1 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 manat inzibati qaydada cərimələnib.
Mənbə: lent.аz