Axşam saatlarından davam edən güclü külək nəticəsində 37 ağacın sınması, 23 ağacın budaqlarının qırılması qeydə alınıb.
Bu barədə Bakuplus.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
"Dünəndən etibarən gücləndirilmiş iş rejimində çalışan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazi təmizlənir", - məlumatda qeyd olunub.