top
Bakıda kişi keçmiş arvadının başına duzqabı atdı, məhkəmə hökm çıxardı
13 fevral 2026, 16:22
- ↺ +

Bakıda kişi keçmiş arvadının başına duzqabı atdı, məhkəmə hökm çıxardı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində 44 yaşlı Tovuz sakini Tahir Cavadov keçmiş həyat yoldaşı Samirə Abbasovaya (adlar şərtidir) xəsarət yetirdiyi üçün məsuliyyətə cəlb olunub. Hadisə ötən il, oktyabrın 5-də onların birlikdə yaşadıqları evdə baş verib.

Demokrat.az xəbər verir ki, istintaq materiallarına görə, tərəflər arasında mübahisə yaranıb və əsəbiləşən kişi masanın üzərində olan duzqabını götürərək qadının baş nahiyəsinə atıb. Bununla kifayətlənməyərək əl və ayaqları ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, keçmiş həyat yoldaşı ilə təxminən 10 il əvvəl ailə qurublar və bu nikahdan iki azyaşlı övladları var. Övladlardan biri serebral iflic xəstəliyindən əziyyət çəkir. Onun sözlərinə görə, ailədaxili münaqişələr səbəbindən 5 il əvvəl rəsmi şəkildə boşanıblar, lakin uşaqlara görə eyni mənzildə yaşamağa davam ediblər. Hadisə günü qadının onu təhqir etdiyini iddia edən kişi əsəbiləşdiyini və duzqabını atdığını etiraf edib.

Zərərçəkmiş qadın isə ifadəsində qeyd edib ki, ailə münasibətləri dövründə mübahisələr əsasən kişinin spirtli içki istifadəsi və qısqanclıq səbəbindən yaranırmış. Onun sözlərinə görə, hadisə günü kişi onu başqa biri ilə danışmaqda günahlandıraraq mübahisə yaradıb. Mübahisə zamanı qadın etiraz etdikdən sonra kişi əvvəlcə duzqabını onun başına atıb, daha sonra isə fiziki zorakılıq tətbiq edib.

Məhkəmənin hökmü ilə kişi Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurma maddəsi ilə təqsirli bilinib. Ona aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası verilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər